İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
08:16 - 15 İyul 2021
MUSİAD və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında imzalanan sənədə əsasən, 500-dən çox investor Azərbaycana cəlb olunacaq.
Manset.az xəbər verir ki, bu barədə Trend-ə layihə əsnasında MUSİAD-ın Azərbaycandakı nümayəndəsi Möhtərəm Öz deyib.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında Bakıda beynəlxalq biznes forumu (International Business Forum - IBF) keçiriləcəkdir ki, burada dünyanın hər yerindən iştirak edən investorların ümumi sayı 2500-ə çatacaq:
"Bu da öz növbəsində Azərbaycana sərmayələrin cəlb edilməsi və iş adamlarının birgə tərəfdaşlığı baxımından böyük imkanlar açır. MUSİAD də buna imkan yaradır".
MUSİAD-ın Azərbaycanla qardaşlığı və iş tərəfdaşlığını özünə məxsus şəkildə birləşdirdiyi, bu təşəbbüsün xaricdəki azərbaycanlı sahibkarları da əhatə edəcəkləri və ölkələrinə sərmayə qoymaları da qeyd edildi:
"Məqsədlərə çatmaq və Azərbaycanın maraqlarına xidmət etmək üçün geniş bir şəbəkəyə ehtiyac var".
Qeyd edək ki, MUSİAD dünyanın 95 ölkəsində və Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin