Şəmkirdə ağır qəza, ölənlər var - Yenilənib

01:39 - 15 İyul 2021

Şəmkirdə ağır qəza, ölənlər var - Yenilənib

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az Report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

“QAZel” markalı kiçik tutumlu yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə, “VAZ”da olan üç nəfər hadisə yerində ölüb, digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlər alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.

Xəsarət alanlar “QAZel” markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.

Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, “QAZel” markalı kiçik tutumlu yük maşınınla “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin