OPEC: Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər

08:35 - 12 Aprel 2022

OPEC: Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər

“Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər”.

 

Manset.az bildirir ki, APA-nın RİA "Novosti"yə istinadən xəbərinə görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib:

“Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq”.

Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. M.Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır.

Məhəmməd Barkindo eyni zamanda Avropa İttifaqı nümayəndələrini enerji məsələlərinə həssas yanaşmağa çağırıb.

  •  

Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin