Niyamdan Kərimə: "Heç kim mənə sillə vura bilməz!" - VİDEO

18:00 - 8 Aprel 2022

Niyamdan Kərimə:

Müğənni Niyam Salami "Səhər mərkəzi" verilişinə qonaq olub. 

 

Manset.az xəbər verir ki, sənətçi efir zamanı küsülü olduğu Kərim Abbasovdan danışıb. Niyam həmkarını heç vaxt bağışlamayacağını bildirib:

"Danışıqlar üst-üstə düşmür. İnsanın dediyi ilə əməli üst-üstə düşdükdə onu anlamaq mümkündür. Məsələn, əvvəl çox sərt danışıb. İndi də deyir ki, "Barışıq elan edirəm". Məncə, insan hər şeyə sərhəd qoymalıdır. Gülürəm, danışıram, amma bu, efirdir. Efirdən sonra dediklərinə görə cavab verməlisən. Hələ də mənim tamaşaçılarımdan biri soruşmayıb ki, "Sən kimləsə hansı səbəbdən küsülüsən? Siz bütün arxiv kadrları üzə çıxara bilərsiniz. Görün, Niyam kimin arxasınca danışıb. Onunla barışmaq mənlik deyil. Heç kim mənə sillə vura bilməz!

Qeyd edək ki, ötən həftə "Səhər mərkəzi" proqramına qonaq olan Kərim Abbasov Niyam haqqında "Mən aqressivəm. Onu harada görsəm, bir ata silləsi vuracam" sözlərini söyləyib. 


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin