Ermənistanda məmur oğulları arasında ATIŞMA - Ölənlər var

09:50 - 14 İyul 2021

Ermənistanda məmur oğulları arasında ATIŞMA - Ölənlər var

Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb.

Manset.az xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yayıb.

Bildirilib ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var.

Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin vaxt atasının evinin yanında ölümlə nəticələnən atışmaya görə Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin