Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
15:43 - 7 Aprel 2022
Son həftələrdə yüksəlişdə olan və investorları həyəcanlandıran kripto pul bazarı, Bitkoin və Eterium başda olmaqla, son gündə böyük itki ilə üzləşib.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, kəskin enişin təsiri ilə 24 saat ərzində 124 min insanın qlobal kriptovalyuta birjalarına yatırdığı sərmayələr buxarlanıb.
Ötən gün bazarların səbirsizliklə gözlədiyi ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclas protokolları yayımlanıb.
FED-in aylıq 95 milyard dollarlıq balans azaldılması ilə bağlı razılığa gəldiyi, cəmi 9 trilyon dollar olan FED balansının isə illik əsasda 1 trilyon dollar azaldılacağı bildirilib.
FED rəsmilərinin bir çoxu bu il 50 əsas bəndlik faiz artımının edilə biləcəyini bəyan edib.
Kriptovalyuta bazarı ötən gün rəsmi olaraq qırmızıya çevrilib.
45 500 dollar dəyəri olan bitkoin 43 121 dollara düşüb.
Bitkoində gündəlik itki 5% səviyyəsini keçib. Bitkoin hazırda 43 min 455 dollardan ticarət edilir.
Kapital dəyərinə görə “Bitcoin”dən sonra ikinci ən yüksək həcmli rəqəmsal aktiv olan “Ethereum” ötən gün 3400 dollardan 3162 dollara geriləyib.
Ethereum dəyərinin 7%-ni itirib.
Hazırda 3 min 233 dollardan ticarət edir.
Ötən gün kripto pul bazarı rəsmi olaraq qırmızıya çevrildi. Rəqəmsal aktivlərin ümumi kapital dəyəri 2 trilyon dollardan 1,94 trilyon dollara düşüb. Geri çəkilmələrin təsiri ilə gündəlik itki 6 faiz səviyyəsindən yuxarı oldu.
Kriptovalyutaların kəskin ucuzlaşmasının təsiri ilə “leverged” əməliyyatlarda böyük ləğvetmələr müşahidə olunub.
Son 24 saat ərzində kriptovalyuta fyuçerslərində 360 milyon dollar ləğv edilib.
Bunun 92 milyon dolları Bitkoin, 66 milyon dolları Eterium əməliyyatlarına aiddir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin