COP29-da məşhur futbol klublarının birgə alyansı yaradıldı
16 Noyabr 2024
11:50 - 4 Aprel 2022
Günel Əliqızının ssenarisi və ideyasi ilə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Əbilov Səid Həsən oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə "Suqovuşan fatehi" filminin Bərdə şəhəri Mədəniyyət mərkəzində təqdimat mərasimi baş tutub. .
Manset.az xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, qazilər, jurnalistlər, rayon ictimaiyyəti, mədəniyyət nümayəndələri, idarə və müəssisələr iştirak edib. Şəhidin döyüş yolu, uşaqlıq xatirələri, arzularından söz açan ailə üzvləri iştirak üçün hər kəsə təşəkkürünü bildirib.
Rayon rəhbərliyi ölkə başçısı və Mehriban xanıma şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Günel Əliqızı layihənin davam edəcəyini, müxtəlif bölgələrədə filmin nümayişinin nəzərdə tutulduğunu vurğulayıb.
Filmin rejissoru Ramin Bağırovdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin