Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
13:17 - 13 İyul 2021
Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.
Manset.az xəbər verir ki, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.
Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.
Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.
Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin