"Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir” - Baş nazirin müavini

12:31 - 13 İyul 2021

“Azərbaycana vaksin çatdırılmasını operativ şəkildə həyata keçirdiklərinə görə çinli dostlarımıza çox minnətdarıq. Bir çox azərbaycanlı, o cümlədən mən Çin istehsalı olan vaksinlə peyvənd olunmuşuq. Bu isə bizə özümüzü təhlükəsiz hiss etməyə şərait yaradır”.

Manset.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov Çinin Sinxua” informasiya agentliyinə müsahibəsində deyib.

O həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünə də toxunub: "Çin Prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər​, bir yol” təşəbbüsü həm Çində, həm də bütün dünyada böyük dəstək qazanıb. Azərbaycan bu yeniliyi tam olaraq dəstəkləyir və onun reallaşması üçün əlindən gələni edir”.

Ə.Əhmədov COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkə arasında əməkdaşlığı da bütün dünya ölkələri üçün yaxşı nümunə adlandırıb.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin