Aİ kriptovalyuta bazarına təsir edəcək yeni qərar verdi

11:50 - 1 Aprel 2022

Aİ kriptovalyuta bazarına təsir edəcək yeni qərar verdi

Aİ Parlamentinin sahibsiz və nəzarətsiz kripto pul kisələrini sındırmağa çağıran yeni qaydaları qəbul edib. 


Manset.az-ın məlumatına görə,  yeni qaydalara əsasən, kriptovalyuta xidməti təminatçıları və mübadilələri əməliyyatı asanlaşdırmadan əvvəl 1000 avrodan çox pul əməliyyatı həyata keçirən şəxslərdən şəxsi məlumatları toplamalı olacaqlar.

Aİ-nin verdiyi qərar səbəbindən bitkoin və kriptovalyuta bazarı növbəti dəfə düşüşlə qarşı-qarşıya qalıb.

Daha geniş kriptovalyuta bazarı investorların 100 milyard dollardan çox sərvət itirməsinə səbəb olub. 

Düzəliş hal-hazırda orta hesabla 5% səviyyəsində baş verir.

Bitcoin isə qərar verildiyi anda 5,27% ucuzlaşaraq 45 000 dollardan aşağı düşüb. 

BTC 45.000 dollardan aşağı düşməsi son dörd gündə ilk dəfədir ki, baş verir.

Martın 31-də “ECON” və “LIBE” komitələrindən 90-dan çox millət vəkili anonim kriptovalyuta əməliyyatlarını qadağan etmək üçün səs verdi.

Qərar kriptovalyuta sahəsində çirkli pulların yuyulmasına qarşı qaydaların genişləndirilməsinin bir hissəsi kimi qəbul edilir. 

Qanunvericilər bildiriblər ki, bu qaydalar potensial şübhəli əməliyyatları aşkar edib bloklamağa çalışır.
 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin