Bakıda anasını söyən şəxsi öldürən 16 yaşlı oğlan SAXLANILDI - RƏSMİ

10:04 - 13 İyul 2021

Bakıda anasını söyən şəxsi öldürən 16 yaşlı oğlan SAXLANILDI - RƏSMİ

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Binəqədi Rayon Prokurorluğundan Manset.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, ilkin məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin