Daha 2 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
16 Noyabr 2024
17:37 - 30 Mart 2022
Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıblar.
Manset.az xəbər verir ki, bu haqda “Deməsəm olmaz” proqramında deyilib.
Bildirilib ki, barışıq Novruz bayramı ərəfəsində baş verib.
Xanəndələri Xalq artisti Nəzakət Teymurova barışdırıb. Hadisə Azərbaycan Milli Konservatoriyasında olub. N.Teymurovanın barışıq istəyinə həmkarları müsbət reaksiya verib.
Qeyd edək ki, A.Bayramova və G.Əliyeva uzun illərdir küsülüdür. Onlar arasındakı incikliyin səbəbi bilinməsə də, küsülülükləri “Zaurla Günaydın” proqramında ortaya çıxmışdı. Proqramda qonaq olan sənətçilər içəri girəndə görüşməyiblər, bir-birinin ünvanına atmacalı sözlər atıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin