Abşeronda kişini qətlə yetirib, evini yandırdılar -  VİDEO

23:20 - 12 İyul 2021

Abşeronda kişini qətlə yetirib, evini yandırdılar -  VİDEO

Abşeron sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin