"Harada açıq-saçıq qadın gördüz, zorlayın" - Azərbaycanlı bloqer (VİDEO)

10:50 - 12 İyul 2021

Ötən gün sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs kişi cinsindən olan şəxslərə müraciət edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Manset.az xəbər verir ki, blogger paylaşımda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib:

“Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır. Harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.

Həmin videonu izləyənlər bloqeri tənqid atəşinə tutublar. Bundan sonra "Pantural" sözügedən videosunu hesabından silmək məcburiyyətində qalıb.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin