Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yandı

08:51 - 12 İyul 2021

Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yandı

Ağcabədi rayonunun Sarvanlar kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, rayonunun Aşağı Avşar kəndində isə ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin