Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
11:43 - 25 Mart 2022
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Manset.az xəbər verir ki, təcrübəli qolkiper “Torpedo” ilə anlaşıb. Martın 27-də yeni klubuna qoşulacaq R.Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın qapısını qoruyacaq.
Qapıçı 2020-ci ildə bu klubdan təklif aldığını, lakin COVİD-19-la bağlı danışıqlara ara verdiklərini bildirib:
“Təxminən bir həftə əvvəl mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdır. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Açığı, qarışıq hisslər keçirirəm. İlk dəfə legioner həyatı yaşayacam, başqa ölkənin çempionatında çıxış edəcəm.
Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yay fəslinə təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönüm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin