Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
20:38 - 23 Mart 2022
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final görüşlərinə start verilib.
Manşet.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə əvvəlcə Ruslan Qədirov (54 kq) çıxıb.
Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
Nəticədə, Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final görüşünə axşam seansında çıxacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin