COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
19:43 - 11 İyul 2021
İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.
Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:
“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.
Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiydan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin