"Məhkəmədə görüşüb danışarıq" - Fatimədən Naziləyə (VİDEO)

10:52 - 21 Mart 2022

Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal daha da böyüyüb.

 

Manset.az xəbər verir ki, Nazilə rəqqasəni məhkəmə ilə hədələdikdən sonra ona qarşı tərəfdən cavab gəlib. Fatimə şəxsi instaqram hesabında video paylaşaraq şairədən üz istəməyəcəyini və onunla məhkəmədə görüşəcəyini bildirib:

"İstəyirəm bu söz-söhbətə son qoyum. Onun dediyi klinikadan söhbət gedirsə, həmin rəqqasə mənəm. İki il əvvəl dəvət ediblər və reklam etmişəm. Qarşılığında mənə gözəl qulluqlar ediblər. Bu yaxınlarda ora zəng edib müraciət etdim. Cavab verdilər ki, dəyişiklik var, hər şey ödənişlidir. Bu söz mənə toxundu. Elə insan deyiləm ki, kobudluq edim. Mən orada Nazilə xanımın adını çəkməmişəm.

Nazilə, deyirsən əsgər anasıyam. Mənim Hüseyn balam da gələcəyin əsgəridir. Bəs, sən sözü deyəndə, fikirləşmirsən bunun da ailəsi, böyüyü var? Mənim rəhmətlik atama toxunursan. Sənə deyiləndə məhkəmə ilə hədələyirsən. Səndən həyatımın sonuna kimi üzr istəməyəcəm. Başqa rəqqasədirsə onun adını çəkməyə cürətin varsa, de. De ki, sənin böyüyünə, rəhmətlik atana, nəslinə toxunulmayıb. Onda deyim Nazilə səhvəm. Məhkəmədə görüşəndə danışaq".

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə ad çəkmədən yazdığı ağır sözlər olub. Bu fikirlərin öz ünvanın səsləndirildiyini iddia edən Fatimə şairənin ünvanına təhqirlər yağdırıb. Nazilə isə ona "Ya üzr istə, ya məhkəməyə verəcəm" reaksiyasını verib.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin