Bakıda avtomobil ustası müştərini BIÇAQLADI

09:04 - 11 İyul 2021

Bakıda avtomobil ustası müştərini BIÇAQLADI

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Manset az xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin