Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
15:20 - 18 Mart 2022
Aparıcı Zaur Baxşəliyev Ukraynadakı müharibə ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, o, instaqram hesabında uşaqlıq fotosunu paylaşaraq hazırda Ukraynada baş verənlərin ona I Qarabağ müharibəsini xatırlatdığını bildirib:
"İndi Ukraynada sirena səsinə qorxub gizlənmək lazım olduğunu deyən bir körpənin videosunu izlədim, çox təsirləndim, elə bu məqamda mənə kimsə şəklimi atdı. Onu da deyim ki, mənim uşaqlıq şəkillərim Şuşada evimizə top dəyəndə yanmışdı.
Çox qəribə oldum, 1990-cı illəri xatırladım, həmin səslər, zirzəmilər, qradların səsi, alazanların gecə qaranlıqda yana-yana havada uçması...
Hərdən mənə deyirsiniz ki, uşaqlıq şəkillərində gözlərin çox qəmlidir: Təbiidir. Çünki mən və yaşıdlarım uşaqkən böyük olduq, dərdlə böyüdük. Uşaqlığı olmayan balacalar".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin