Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
08:59 - 18 Mart 2022
İngiltərə Premyer Liqasının XX turundan təxirə salınmış "Everton" - "Nyukasl" görüşündə qeyri-adi hadisə baş verib.
Manset.az xəbər verir ki, "Qudison Park" stadionundakı matçı tribunadan canlı izləyən tamaşaçılardan biri meydançaya daxil olaraq, özünü plastik qandalla Mersisayd təmsilçisinin qolkiperi Asmir Beqoviçin qoruduğu qapının dirəyinə bağlayıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal dəmirkəsən qayçı ilə həmin şəxsin boğazındakı qandalı açmağa çalışıblar. Çoxsaylı cəhdlər təqribən 8-9 dəqiqə sonra nəticə verib. Bu səbəbdən görüşdə məcburi fasilə yaranıb.
Tamaşaçının siyasi fəal olduğu və meydançaya etiraz məqsədilə çıxdığı bəlli olub.
Hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.
Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin