AZAL-dan texniki nasazlıq yaranan təyyarə ilə bağlı AÇIQLAMA

09:52 - 12 İyun 2021

AZAL-dan texniki nasazlıq yaranan təyyarə ilə bağlı AÇIQLAMA

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

Manşet.az  xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin