Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!

Gəncədə “patı” əməliyyatı - Saxlanılanlar var (FOTO)

09:39 - 10 İyul 2021

Gəncədə “patı” əməliyyatı - Saxlanılanlar var (FOTO)

Gəncədə polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman killi miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən “heroin” aşkar edilən A. Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib. Hazırda sonuncuya narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini Orxan Abdullayev saxlanılmış, üzərindən aşkar edilən narkotik maddə olan “metamfetamin” müvafiq ekspertizaya göndərilib. Bundan başqa Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə şəxsi baxış keçirilən zaman onlardan “metamfetamin” və “heroin” aşkar edilib.

Baş İdarə əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib. Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda “heroin” aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndərib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri anoloji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən isə narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspetizaya göndərilib. Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.



Xəbər xətti

6 Aprel 2025
Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине
Причиной трагической смерти девочка могло стать неудачное селфи
В сети появились фото жуткого убийства девочки школьником
В Турции бабушку 80-ти лет осудили на 4 года из-за тапка: читать
Отсидевший маньяк Кожепаров сразу после тюрьмы дал интервью
И, конечно же, никто не знал: жуткие детали убийства школьницы
Битцевский маньяк совершил намного больше убийств?!

Ən son xəbərləri səhifəmizdən də izləyin