DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
23:45 - 9 İyul 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.
Manset.az xəbər verir ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.
Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.
Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin "İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin