DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
20:38 - 9 İyul 2021
Böyük Britaniyanın Baş naziri Boris Conson ingilis hərbçilərin əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və Britaniyanın adıçəkilən ölkədəki 20 illik hərbi varlığının başa çatdığını bəyan edib.
Manset.az xəbər verir ki, Baş nazir Əfqanıstandakı 750 hərbçinin əksəriyyətinin ölkəyə geri qayıtdığını bildirib.
“Əfqanıstandakı beynəlxalq hərbi baza heç vaxt qalıcı xarakter daşımırdı. Biz və NATO müttəfiqləri hər zaman qüvvələrimizi geri çəkməyə hazırlaşırdıq. Yeganə sual bunun nə vaxt olacağı idi və indi bunun üçün ən mükəmməl andır”, - deyə Baş nazir qeyd edib.
Boris Conson vurğulayıb ki, Britaniya Əfqanıstanın inkişafı üçün 100 milyon, milli təhlükəsizlik və müdafiəsi üçün isə 58 milyon funt-sterlinq ayırıb.
Baş nazir onu da qeyd edib ki, “Taliban” hərəkatı son illərdə Əfqanıstanın çox əhəmiyyətli bir hissəsinə nəzarət edib, lakin Britaniya taliblərin bu dövrdə digər dünya ölkələrinə qarşı terror əməliyyatlarını başlatdığına şahidlik etməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin