Xalq artistindən SƏRT SÖZLƏR - "Susduqca həddinizi aşmayın.."

08:10 - 14 Mart 2022

Xalq artistindən SƏRT SÖZLƏR -

Xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı qalmaqalına münasibət bildirib.

 

Manset.az xəbər verir ki, aktrisa bunla bağlı sosial şəbəkədə paylaşım edib. N.Allahverdiyeva ad çəkmədən Afətin ünvanına bunları yazıb:

"Bunu yazmasam ürəyim partlayar. Xalq artisti, əvəzolunmaz, korifey, vətənpərvər sənətkar Flora Kərimova... Flora xanımın istedadının hüdudları yoxdur. Bu gün isə eşidirik ki, Flora xanım deyir, məni təhqir edib, şərəf və ləyaqətimi alçaldıblar. Bu, dəhşətdir. Sənətdə subardinasiya itib. Biz gəncliyimizdə özümüzdən böyük sənətkarları, Xalq artistlərini görəndə özümüzü yığışdırırdıq, yaxınlaşıb "salam" verməyə utanırdıq, onlardan sənətin sirlərini öyrənməyə çalışırdıq. Arzu edirdik ki, biz də onlar kimi sənətdə iz qoyaq, tamaşaçıların məhəbbətini qazanaq. Bu gün də özümdən böyük sənətkarları görəndə ayağa qalxıram. Bunu özümə borc bilirəm.  Amma bu gün nə görürük, sənətin əlifbasını belə bilməyənlər, Azərbaycan musiqisini bərbad günə qoyanlar Flora xanım kimi sənətkara hörmətsizlik edirlər. Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi, hörmət etdiyi sənətkardır. Azərbaycan musiqi tarixinə öz imzasını qoymuş sənətkardır. O, bir brenddir. Azərbaycan musiqisi yaşadıqca, Flora xanımın oxuduğu əsərlər (hər mahnısı bir əsərdir) yaşayacaq. Sən kimsən? Hansı titulun sahibisən? Hansı oxuduğun musiqilərlə imza atmısan? İki badam, bir qoz? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın".

Qeyd edək ki, F.Kərimova Afəti məhkəməyə verib. "Mən Xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək" deyə, F.Kərimova bildirib.

Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin