Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
11:44 - 13 Mart 2022
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.
Manset.az-ın məlumatına görə, günün ilk matçında 32 xalla üçüncü pillədə qərarlaşan "Qəbələ" 34 xalla ikinci sıradakı "Zirə"ni qəbul edəcək. "Qırmızı-qaralar" qalib gələcəkləri təqdirdə, ikinci pilləyə yüksələcəklər.
Komandalar indiyədək Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Əvvəlki görüşlərin 8-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 29:22. "Qəbələ"nin meydanındakı son üç çempionat oyununda qalib müəyyənləşməyib. “Zirə” 4 matçdır rəqibinə qalib gələ bilmir.
Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Hazırda son ölkə çempionu 34 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-cidir.
Əvvəlki 37 oyunun 17-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıb. 8 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də "ağ-qaralar" üstünlüyə malikdir - 54:43. Bu mövsüm komandalar arasında Premyer Liqadakı hər 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmayıb.
"Neftçi" yalnız qələbə təqdirində, "Qəbələ" - "Zirə" matçının nəticəsindən asılı olmayaraq, bir pillə irəliləyəcək.
Azərbaycan Premyer Liqası, XIX tur
13 mart (bazar)
16:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
18:15. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"i 3:0, "Qarabağ" isə "Sabah"ı 1:0 hesabı ilə yenib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin