Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib

16:28 - 9 İyul 2021

Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirilib.

Manset.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.

O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin