Bakıda üç nəfəri avtomobil vurdu

09:04 - 12 İyun 2021

Bakıda üç nəfəri avtomobil vurdu

Bakının Xəzər rayonunda üç piyada yol qəzası zamanı xəsarət alıb.

Manşet.az apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Mərdəkan qəsəbəsi, Pioner küçəsində baş verib.1985-ci il təvəllüdlü Cəfərov Eldar Fikrət oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Elşad İsrail oğlu və 1961-ci il təvəllüdlü Əliyev Akif Höcət oğlu yolu keçərkən onları “NİVA” markalı avtomobil vurub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin