Əli Əsədovdan mühüm QƏRAR
1 Noyabr 2024
08:32 - 12 İyun 2021
ABŞ Ukraynaya təhlükəsizliyini gücləndirmək üçün əlavə olaraq 150 milyon ABŞ dolları həcmində hərbi yardım ayırıb.
Manşet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna bu il müdafiə islahatları sahəsində kifayət qədər irəliləyib:
“Bu gün Pentaqon Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün yeni 150 milyon dollarlıq yardım paketinin ayrıldığını elan edib. Bu, mart ayında Ukraynaya ayrılmış 125 milyon ABŞ dolları həcmində yardım paketinə əlavədir”.
Yeni yardım paketi, xüsusən də artilleriya əleyhinə radarların, PUA-larla mübarizə üçün komplekslərin, təhlükəsiz rabitəni təmin edən vasitələrin və yaralıların tibbi evakuasiyası üçün vasitələrin tədarükünü əhatə edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin