"Messinin "Barselona" ilə yeni mövsümə başlayacağını deyə bilmərəm"

00:34 - 9 İyul 2021

La Liqa prezidenti Xavyer Tebas "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messinin klubda qalıb-qalmayacağı barədə danışıb.

Manset.az "Diario Sport"a istinadən xəbər verir ki, o, Kataloniya klubunun hazırkı büdcə durumuna əsasən, hansısa futbolçusunu satmadan 34 yaşlı hücumçu ilə yeni sözləşmə imzalaya bilməyəcəyini deyib:

"Messinin "Barselona" ilə birgə La Liqada yeni mövsümünə başlayacağını deyə bilmərəm. Klub kimisə satmırsa, bu, mümkün deyil".

Qeyd edək ki, Messi hazırda azad agentdir.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin