Abşeronda ana və 2 azyaşlı övladını maşın VURDU

23:16 - 8 İyul 2021

Abşeronda ana və 2 azyaşlı övladını maşın VURDU

Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.

Avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseyinli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yüsif Kalam oğlunu vurub.

Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır (report).


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin