Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:14 - 8 İyul 2021
Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 60-a çatıb.
Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.
Daha 8 nəfərin itirilə biləcəyini qeyd edən bələdiyyə başçısı bu hadisənin ABŞ tarixində terror hücumu və ya yanğınla bağlı olmayan ən böyük tələfata səbəb olmuş bina uçqunu hadisəsi olduğunu dilə gətirib.
Mətbuat konfransında iştirak edən rəsmi şəxslər hadisə yerində axtarış və xilasetmə işlərinin gecə-gündüz davam etdiyini diqqətə çatdırıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin