"Aşk-ı Memnu"nun aktyorları 14 il sonra bir arada - FOTO

16:52 - 5 Mart 2022

Bir zamanlar reytinqləri alt-üst edən "Aşk-ı Memnu" serialının iki ulduzu yenidən bir araya gələcək.

Manşet.az xəbər verir ki, ekran işində bir-birini sevən Bihter və Behlül adlı iki gənci canlandıran Beren Saat və Kıvanç Tatlıtuğ yeni filmdə rol alacaqlar. 

Hər iki aktyor 14 ildən sonra eyni layihədə tərəf müqabili olacaqlar. Ssenari müəllifi Nuran Evren Şit olan ekran işi Nyu Yorkda lentə alınacaq.

Film "Netflix" vasitəsilə yayımlanacaq.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin