"Həm Ermənistan, həm də Azərbaycan ilə əlaqələr yaradılır” - Peskov

15:26 - 8 İyul 2021

“Moskva və Bakı Qarabağ nizamlanması ilə bağlı üçtərəfli bəyanatların icrası məsələsi üzrə davamlı işgüzar əlaqələri davam etdirirlər”.

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər kəs bu bəyanatların vacibliyi və alternativsiz olması ilə razıdır. Bu səbəbdən də həm Ermənistan, həm də Azərbaycan ilə əlaqələr yaradılır”, - deyə Peskov əlavə edib.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dünən Moskvada baş tutan görüşünə gəldikdə isə, Peskov vurğulayıb ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələri, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların icrasının müxtəlif nüanslarını və ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin