Müharibə neftin qiymətini bu qiymətə qədər yüksəldəcək – Yeni PROQNOZ

22:50 - 4 Mart 2022

Müharibə neftin qiymətini bu qiymətə qədər yüksəldəcək – Yeni PROQNOZ

ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı elan etdiyi iqtisadi sanksiyalardan sonra Rusiyadan xam neftin ixracı tamamilə kəsilərsə, neft qiymətlərində çox yüksək sıçrayışın baş verə biləcəyi və "Brent” markalı neftin bir barelinin qiymətinin 130 dollara qədər yüksələ biləcəyi ehtimal olunur.

 

Manşet.az xəbər verir ki, Oksford Enerji Tədqiqatları İnstitutunun hesabatına əsasən, Rusiyadan neft ixracı tamamilə dayanarsa, risk altında olan miqdar gündəlik olaraq 4,2 milyon barel civarında olacaq.

Belə olan halda, "Brent” markalı neftin bir barelinin qiymətinin 2022-ci ilin üçüncü rübündə 130 dollara qədər yüksələcəyi və bu il orta hesabla 116 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya və bəzi Asiya ölkələri Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar tətbiq ediblər.

Rusiyaya qarşı ilkin sanksiyaların hədəfi neft tədarükü və enerji ödənişləri olmayıb. Lakin dünən Ağ Evdən verilən açıqlamada Rusiyadan neft və qaz ixracına qarşı sanksiya variantının seçimlər arasında olduğu bildirilib.

İnstitutun hesabatında bu il neft bazarını formalaşdıran mühüm hadisələrdən birinin sanksiyaların ləğvi və İran neftinin bazara çıxarılması olacağı qeyd olunub.
ƏTRAFLI
Oreo Azerbaijan

"Hərtərəfli Birgə Fəaliyyət Planı” adlandırılan sazişlə bağlı danışıqlarda irəliləyişin əldə olunduğuna dair açıqlamalar yaxın gələcəkdə bu danışıqlardan müsbət nəticələrin alınacağına dair gözləntiləri artırıb. Bununla belə, Rusiya-Ukrayna müharibəsinin ABŞ-ni mövcud mübahisələri həll etməyə və mümkün qədər tez razılaşma əldə etməyə məcbur edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Danışıqların nəticələrinin yaxın günlərdə gözlənildiyi diqqətə çatdırılan hesabatda İranın neft ixracatında son aylarda artımın qeydə alındığı vurğulanıb.
İranın rəsmi xəbər agentliyi "İRNA”nın məlumatına əsasən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Prezidenti Rafael Mariano Qrossi martın 5-də Tehrana səfər edəcək.

İranın neft naziri Cavad Övcinin sözlərinə görə ABŞ-nin tətbiq etdiyi sanksiyalara baxmayaraq, İranın xarici alıcılara neft məhsullarının satışı rekord həddə çatıb. İranın neft satışı üzrə hərəkətlərini izləyən şirkətlərin son hesablamalarında İslam Respublikasının 2021-ci ildə gündə 1,2 milyon barel neft ixrac etdiyi qeyd edilib.

 
sfera.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin