"Uşaqlar öldürülür, mən necə gülüm?" - Brilliant Dadaşova

19:43 - 4 Mart 2022

Xalq artisti Brilliant Dadaşova Ukraynada gedən müharibə barədə fikirlərini bölüşüb.

Manşet.az-ın lent.az-a istinadən məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə yazıb:
"Deyirsən ağlama, sən hər zaman gül. Uşaqlar öldürülür, mən necə gülüm? Xəyallarındakı möcüzə torpağa gömülür, mən necə gülüm?".

"Bahardır, ağaclar cücərmir, çiçəklər açmır. Hər yer qara bulud, günəş şəfəq saçmır. Mən necə gülüm? Gözlərində işıq sönür, gənclikləri gəlmədən geri dönür. Ən dəhşətlisi odur ki, tanrı bunları görür... Hər yerdə qəddarlıq, zülm, mən necə gülüm?".


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin