Evinə bomba düşən ukraynalı futbolçu həlak oldu - FOTO

09:59 - 1 Mart 2022

Evinə bomba düşən ukraynalı futbolçu həlak oldu - FOTO

Ukraynanın II liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində ölüb.

Manset.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.

Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da həlak olub.

Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin