Daha bir federasiya Rusiyaya qadağa QOYDU

23:20 - 28 Fevral 2022

Daha bir federasiya Rusiyaya qadağa QOYDU

Avropa Həndbol Federasiyası (EHF) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Manşet.az xəbər verir ki, bu barədə qərar EHF İcraiyyə Komitəsinin keçirilən növbədənkənar iclasında qəbul edilib.

Bu qərar klub və milli səviyyəli bütün cari yarışlara aiddir.

Qeyd olunur ki, yaxın vaxtlarda müxtəlif yarışlar idman prinsiplərinə və mövcud qaydalara uyğun olaraq yenidən qurulacaq.

Bundan başqa, EHF-nin qərarına əsasən, Rusiya və Belarusdan olan hakimlər qurumun himayəsində olan oyunları idarə etməyəcək. Rusiya və Belarusdan mühazirəçilər və nümayəndə heyətlərinin üzvləri gələcək görüşlərə və tədbirlərə dəvət edilməyəcəklər.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin