COP29-un bitəcəyi tarix açıqlandı
22 Noyabr 2024
22:09 - 7 İyul 2021
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
Manset.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib.
27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.
Oyunun sonlarına doğru “Legiya” 3:2 hesabıyla qalib gəlir.
Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin