Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
15:44 - 28 Fevral 2022
Ukraynaya milyonlarla dollar dəyərində kriptovalyuta bağışlanıb.
Manset.az xəbər verir ki, fevralın 26-da Ukrayna hökuməti rəsmi Twitter hesabı vasitəsilə ianələr üçün iki kripto hesabı paylaşıb.
Londonda yerləşən blokçeyn təhlil provayderi Elliptic-in məlumatlarına görə, Ukrayna hökumətinin Twitter-də paylaşdığı hesablara 12 799 əməliyyatda 10,2 milyon dollar dəyərində kripto pul köçürülüb.
Şirkət Ukrayna hökumətinə və orduya dəstək verən qeyri-hökumət təşkilatlarına ümumilikdə 16,7 milyon dollar dəyərində kriptovalyuta ianəsinin edildiyini açıqlayıb.
Sözügedən kriptovalyuta ianəsinə əlavə olaraq, Ukrayna hökumətinin Ethereum hesabına təxminən 2 milyon dollar dəyərində NFT (ticarət olunmayan tokenlər) göndərilib.
Gülçin Nağıyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin