Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
08:52 - 27 Fevral 2022
Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda bildirilir: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin