Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana getdi

17:46 - 7 İyul 2021

Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana getdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Manset.az-ın xəbərinə görə, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulayıb.

Ali Məclisin sədri iki ölkəl arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirib, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanan Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırıb, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən Cahit Bağçı İkinci Qarabağ müharibəsində tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərə rəhmət diləyib. Qələbənin "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxardığını vurğulayan Cahit Bağçı Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyə Respublikasının keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamı kimi dəyərləndirib.

Türkiyənin Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin