Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
16:06 - 26 Fevral 2022
Futbol üzrə Avropa Super Liqası layihəsi yenidən start götürür.
Manşet.az-ın "Telegraph"a istinadən məlumatına görə, İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubları növbəti həftə bununla bağlı qərarlarını açıqlayacaqlar.
Turin təmsilçisinin prezidenti Andrea Anyellinin martın 3-də layihədəki dəyişikliklərlə bağlı məlumat verəcəyi bildirilib.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin