Türkiyədə yanacağın qiyməti bahalaşdı

13:30 - 26 Fevral 2022

Türkiyədə yanacağın qiyməti bahalaşdı

Türkiyənin Enerji, Neft, Qaz Təchizatı Məntəqələri İşəgötürənlər İttifaqı (EPGIS) yanacağın qiymətlərində 10% artım olduğunu elan edib.

Manset.az  EPGIS-nin rəsmi saytına istinadən xəbər verir ki, benzinin 1 litrinin qiyməti 1,61 lirə (0,12 ABŞ dolları), dizel yanacağının qiyməti isə 1,51 lirə (0,11 ABŞ dolları) artıb.

Beləliklə, Türkiyə paytaxtında benzinin bir litrinin orta qiyməti 16,85 türk lirəsi (1,25 ABŞ dolları), dizelin 1 litrinin qiyməti isə 17,11 lirə (1,24 ABŞ dolları) olacaq.

Qeyd edək ki, 2021-ci ilin sonunda benzin və dizel yanacağı 11,66 (o vaxtkı məzənnə ilə 0,71 ABŞ dolları) və 11,53 lirəyə (o vaxtkı məzənnə ilə 0,70 ABŞ dolları) satılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin