Əli Əsədovdan mühüm QƏRAR
1 Noyabr 2024
18:10 - 25 Fevral 2022
"Azərbaycanda ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir".
Manşet.az-ın Report-a istinadla xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
"İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq xidmətlər var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış xəstəliklər nəzərə alınmışdı. Bir il işlədikdən sonra biz gördük ki, ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi nəzərdə tutulmamışdı. Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır. Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik. Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən sonra Nazirlər Kabineti onu təsdiqləyəcək", - sədr bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin