Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
21:56 - 11 İyun 2021
Ötən ilin martından etibarən Afrikada COVID-19-a yoluxanların ümumi sayı 5 milyonu ötüb.Marset.az AZƏRTAC-a istinadən bildirir ki, pandemiya dövründə qitədə 134 mindən çox insan yeni növ koronavirusun qurbanı olub.
Bu rəsmi rəqəmlərin də nisbi olduğunu, Afrikanın aclıq və silahlı münaqişələrlə çalxalanan bir neçə ölkəsində pandemiya ilə bağlı dəqiq məlumatın olmadığını iddia edən ekspertlər, eyni zamanda, qitədə vaksinasiya üzrə vəziyyətin də acınacaqlı olduğu qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Afrika ölkələrinin 90 faizində əhalinin COVID-19 əleyhinə vaksinasiyası ilə bağlı qarşıya qoyulan vəzifələr yerinə yetirilməyib. Belə ki, bütün qitə üzrə cəmi 225 milyon doza vaksin tədarük edilib.
Qitədə qeydə alınan 5 milyon yoluxma faktının 1 milyon 720 mini Cənubi Afrika Respublikasının payına düşür. Bu ölkədə 57 mindən çox insan yeni növ koronavirusdan həyatını itirib. Qitənin ikinci böyük dövləti olan Misirdə pandemiya dövründə 271 min yoluxma və 15500 ölüm faktı qeydə alınıb. Qeyd etmək lazımdır ki, Afrika ölkələri arasında ən fəal vaksinasiya prosesi də məhz bu iki dövlətdə aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin