Əli Əsədovdan mühüm QƏRAR
1 Noyabr 2024
15:10 - 25 Fevral 2022
Milli Məclisin deputatları Nizami Səfərov və Anar Məmmədov Türkiyənin Ankara şəhərində Prezident Milli Kitabxanasında Azərbaycan səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbirində iştirak ediblər.
Manset.az xəbər verir ki, tədbirdə “Müharibə cinayətlərinə hüquqi qiymət - Xocalıdan 44 günlük müharibə” mövzusunda seminar təşkil olunub.
Seminarda Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə olan cinayətlərə beynəlxalq hüquqi qiymət verilməsi ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun açılış nitqi ilə çıxış etdiyi seminarda TADİV prezidenti, Prezident Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü xanım Aygün Attarın moderatorluğu ilə panel müzakirələr keçirilib.
Panel müzakirələrdə deputatlar - Nizami Səfərov və Anar Məmmədov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məruzə ilə çıxış ediblər. Onların sözlərinə görə, son iki yüz ildən artıq dövrdə ermənilərin bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi, nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının təkcə Azərbaycan xalqı üçün deyil, ümumiyyətlə bəşəriyyət üçün unudulmayan bir faciə olduğunu vurğulayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin