Vətəndaşlardan pul tələb edən sayt rəhbəri saxlanıldı

10:59 - 25 Fevral 2022

Vətəndaşlardan pul tələb edən sayt rəhbəri saxlanıldı

Yevlaxda özünü jurnalist kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, rayon polis şöbəsinə Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub. Əməli törətməkdə şübhəli bilinən rayon sakinləri - “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin